İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək
    • 27-05-2022, 09:41
    • 299

İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

News24.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-378-03-30) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.