FHN: Ötən sutka 49 yanğına çıxış olub
    • 1-06-2022, 10:47
    • 243

FHN: Ötən sutka 49 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən News24.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas olunub, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.