Bakıda 20 yaşlı oğlan sinif yoldaşının nişanlısını çılpaq fotolarla şantaj etdi
    • 1-06-2022, 14:30
    • 392

Bakıda 20 yaşlı oğlan sinif yoldaşının nişanlısını çılpaq fotolarla şantaj etdi

Bakıda sinif yoldaşı olan qızın nişanlısını şantaj edən 20 yaşlı oğlan tutulub.

News24.az-ın məlumatına görə, hadisə ötən ilin may aynda Nərimanov rayonunda baş verib. 2002-ci il təvəllüdlü Sübhan İsmayılov tanışı Vüsal Xəlilovu hədələyərək ondan 2 min manat tələb edib. Belə ki, Sübhan sinif yoldaşı olan qızın Vüsalla sevgili olmasını bilib və onların nişanlanmasından məlumatlı olub. Bundan sonra o, Vüsala həmin qızın onda çılpaq video və fotolarının olduğunu deyərək hədə-qorxu gəlib. Sübhan Vüsaldan 2 gün ərzində 2 min manat tapıb verməsini, əks təqdirdə nişanlısının görüntülərini yayacağını deyib. 

Sübhanın əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra əməliyyat keçirilib və o tutulub. Bu zaman onun üzərindən
narkotik vasitə də aşkar edilib.

Məhkəmədə Sübhan ona böhtan atıldığını deyib. O, 2 min manatı təhsil haqqını ödmək məqsədilə Vüsaldan borc aldığını bildirib, həmçinin narkotik vasitələrdən istifadə etmədiyini, idmanla məşğul olduğunu, sağlam həyat tərzi sürdüyünü deyib.

Vüsal Xəlilov isə Sübhanın onu sevgilisinin görüntüləri ilə şantaj etdiyini təkrarlayıb.

Nərimanov rayon Məhkəməsi Sübhanı Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) və 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilib. Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriilən prosesin yekununda təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.