Bakıda “Tik-tok”a çılpaq fotolarını qoyan qadının başına iş gəldi
    • 20-10-2021, 10:26
    • 1 387

Bakıda “Tik-tok”a çılpaq fotolarını qoyan qadının başına iş gəldi

Bakıda yaşayan və “Tik-tok” sosial şəbəksində özünə profil açaraq çılpaq fotolarını paylaşan qadın şantajla üzləşib.

News24.az-ın məlumatına görə, öz çılpaq görüntüləri ilə izləyici toplamaq istəyən Samirə Cəfərova ona tanışlıq təklif edən Abşeron rayon Ceyranbatan qəsəbəsi Nizami küçəsində yaşayan 1989-cu il təvəllüdlü Emil Quliyevlə yazışmağa başlayıb. Bundan sonra Emil Samirənin profilindən ona məxsus fotoları götürərək başqa profil açıb və həmin görüntüləri yayaraq üzərinə təhqiredici ifadələr yazıb. O, daha sonra Samirədən həmin profildəki görüntülərin silinməsi üçün pul tələb etməyə başlayıb və ilkin olaraq 200 manat istəyib. Samirə bununla razılaşıb və Emilin göndərdiyi bank kartına pulu yükləyib. Həmin görüntüləri silən 32 yaşlı kişi bir müddət sonra yenidən qadından hədə-qorxu ilə pul tələb etmyə başlayıb. Bundan sonra Samirə Cəfərova polisə müraciət edib.

Emilin şantaj əməlləri ilə bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb, həmçinin saxlanılarkən onun üzərindən narkotik vasitələr tapılıb.

Polisə şikayət edən “tik-tok”çu bunları deyib: ““Tik- tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğum, özünü ona Emil kimi təqdim etmiş şəxs mənim profilimdən şəkillərimi götürərək öz adına profil yaradıb, həmin şəkilləri öz profilində yerləşdirərək altında nalayiq ifadələr yazaraq şərəf və ləyaqətimi alçaldıb. Emil adlı şəxs mənə məxsus olan şəkilləri öz profilindən götürmək üçün 200 manat tələb edib, mən də onun tələb etdiyi pulu ona 31.03.2021-ci il tarixdə Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən “Grandmart” supermarketində yerləşən ödəmə terminalı vasitəsi ilə köçürdükdən sonra o şəkilləri profilindən götürdü. Lakin sonradan məndən əlavə olaraq pul tələb etməyə başladı, əks təqdirdə şəkillərimi sosial şəbəkələrdə yayacağını bildirdi. Emil adlı şəxslə əvvəllər görüşməmişəm, sadəcə olaraq onunla sosial şəbəkədə danışmışam. 200 manatdan puldan başqa onun hesabına əlavə pul köçürməmişəm, həmin şəxs təkrar olaraq pul tələb etməyə başladıqdan sonra, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişəm”.