Abşeron rayonunda sex yandı
    • 3-06-2022, 00:59
    • 241

Abşeron rayonunda sex yandı

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, rayonun Mehdiabad qəsəbəsində ümumi sahəsi 2500 m² olan birmərtəbəli müxtəlif təyinatlı sexlərdən ibarət obyektdə (taxta emalı, mebel istehsalı, boyama və s.) sahəsi 350 m² olan boyama sexinin qurutma hissəsində 1 ədəd mühərrik və yerə dağılan dizel yanacağı 60 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.