Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
    • 8-06-2022, 20:14
    • 365

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə

hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.