Müəllim imtahanda iştirak edə bilmirsə, 1 il müddətində işinə davam edə bilər
    • 9-06-2022, 18:22
    • 264

Müəllim imtahanda iştirak edə bilmirsə, 1 il müddətində işinə davam edə bilər

"Müəllim üzrlü-üzrsüz səbəbdən imtahanda iştirak edə bilmirsə, 1 il müddətində öz fəaliyyətinə davam edə bilər".

News24.az-ın məlumatına görə, bunu sertifikatlaşdırma ilə bağlı media nümayəndələri ilə görüşdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O qeyd edib ki, bu müəllimlərin növbəti il sertifikatlaşdırma prosesində iştirakı zəruridir: "Əks halda o verilən şansdan imtina etmiş hesab olunacaq".