Qazi atanın şəhid oğlu: Məhəmməd İsmayılzadənin doğum günü
    • 12-06-2022, 16:55
    • 735

Qazi atanın şəhid oğlu: Məhəmməd İsmayılzadənin doğum günü

“Mən gülləbatmazam, heç vaxt ölmərəm...”. Bu kəlmələri savaşının ən qaynar nöqtəsində olanda anası ilə danışanda deyib. Çünki o yaxşı bilirdi ki, Vətənin bütövlüyü, istiqlalı üçün savaşanlar heç zaman ölmürlər, şəhadətə yüksəlib əbədi yaşayırlar. Qəhrəmanlıqları tarixə, adları könüllərə həkk olunur. 

Elə bu səbəbdən də müharibəyə Türkiyədəki təhsilini yarımçıq qoyub könüllü yollandı.  
Vətən sevgisinin, torpağa, yurda bağlılığın ən böyük nümunəsini, ən yüksək örnəyini nümayiş etdirdi.
Özgür, bütöv Azərbaycan üçün canından keçməyin ən ümdə görəv, ən böyük vəzifə olduğunu isbat elədi. 
İkinci Qarabağ Müharibəsi qəhrəmanı, şəhidimiz Məhəmməd İsmayılzadə...



Bu gün onun doğum günüdür. 

Qürurlu, məğrur məmləkətinin səmasında ruhu məmnun dolaşan igid oğullardan biri kimi bu gün o da sevgi və sayğıyla anılır. 
Oxuduğu məktəbdə xatirəsinə həsr olunan anım günü tədbiri düzənlənib.


News24.az
-ın xəbərinə görə, anım mərasimində Məhəmməd İsmayılzadənin müəllimləri, sinif yoldaşları, dostları iştirak edib. 
Onun şərəfli döyüş yolu, Vətən sevgisi və mübarizliyindən söz açıblar.

Eləcə də, şəhidimiz haqda ürək sözlərini xatirəsinə həsr etdikləri videomaterialda paylaşıblar.

Həmin videonu təqdim edirik: