Füzulidə 328 ədəd çətənə kolu yandırıldı
    • 14-06-2022, 11:35
    • 244

Füzulidə 328 ədəd çətənə kolu yandırıldı

Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitmiş 328 ədəd çətənə kolu yandırılaraq məhv edilib.