-
- 16-06-2022, 10:20
- 328
Sərbəst buraxılan şəxs ikinci dəfə sərhəddi qadağan edilmiş yerdən keçmək istədi
Balakəndə Azərbaycanın Gürcüstan Respublikası ilə dövlət sərhəddini qeyri-qanuni şəkildə keçməyə çalışan şəxs tutulub.
News24.az xəbər verir ki, tutulan şəxsin Şəki rayon sakini, 1991-ci il təvəllüdlü S.Z olması müəyyən edilib.
Məlum olub ki, o, keçən ilin iyun ayında ümumvətəndaşlıq pasportu olmadığı üçün sərhəddi Ağstafa istiqamətindən gizli şəkildə keçməyə cəhd göstərib.
Həmin vaxt sərhəçilər onu yaxalayıblar və Ağstafa rayon məhkəməsi onun barəsində 1000 manat cərimə cəzası təyin edib.
Məhkəmədən sərbəxt buraxılan S.Z daha sonra noyabr ayında sərhəddi bu dəfə Balakən istiqamətindən pozaraq gizli şəkildə Gürcüstana keçməyə cəhd edib.
Sərhədçilər tərəfindən tutulan 31 yaşlı şəxs bildirib ki, ailəsi Gürcüstanın Poti şəhərində yaşayır və xeyli müddətdir onları görə bilmir.
Ümumvətəndaşlıq pasportu olmadığından sərhəddi qanuni şəkilə keçməsi mümkün olmayan şəxs bu səbəbdən hər dəfə qeyri-qanuni yollarla Gürcüstana keçməyə çalışdığını bildirib.
S.Z barəsində Cinayət Məcəlləsinin 29, 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd) madəsi ilə açılmış işə bu dəfə Balakən rayon məhkəməsində baxılıb. Məhkəmə onun eyni cinayəti təkrar törətdiyini bildirərək bu dəfə həbs edilməsinə hökm edib. S.Z barəsində mayın 11-də 6 ay həbs cəzası hökmü çıxarılıb və o, həbsxanaya göndərilib.