Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul etdi - FOTO
    • 21-06-2022, 14:36
    • 227

Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul etdi - FOTO

Daxili işlər naziri Vilayət Eyvazov iyunun 21-də Şirvan şəhərində növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, həmin gün nazir  93 vətəndaşı dinləyib, 18 -i Vətən müharibəsi iştirakçısı olmaqla 95 gənci polis orqanlarında xidmətə qəbul edib.