Gəncədə məktəb direktoru intihara cəhd edib - FOTO
    • 22-06-2022, 17:06
    • 374

Gəncədə məktəb direktoru intihara cəhd edib - FOTO

Gəncədə intihara cəhd hadisəsi baş verib.

News24.az xəbər verir ki, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib.

Onun intihara hansı səbəbdən cəhd etməsinin səbəbləri məlum deyil.

Hazırda məktəb direktoru Gəncədə yerləşən xəstəxanların birində müalicə alır.

Onun vəziyyətinin kafi olduğu bildirilir. /Unikal/