Daşkəsəndə maşın çaya düşüb, ölən var
    • 25-06-2022, 23:25
    • 297

Daşkəsəndə maşın çaya düşüb, ölən var

Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Quşçu kəndində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq Qoşqar çayı üzərindəki körpüdən aşıb.

Nəticəsində 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.