Direktor vəzifəsi üçün sənəd qəbulunun vaxtı artırılmayacaq
    • 1-07-2022, 11:57
    • 198

Direktor vəzifəsi üçün sənəd qəbulunun vaxtı artırılmayacaq

"Direktor vəzifəsinə işə qəbul üçün sənəd qəbulunun vaxtının artırılması gözlənilmir".

News24.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov məlumat verib.

O bildirib ki, kifayət qədər müraciət olduğu üçün vaxtın artırılması gözlənilmir: “ Kifayət qədər direktor namizədləri müraciət edib. Ona görə də sənəd qəbulunun vaxtını uzatmağı planlaşdırmırıq. Lakin Təhsil Nazirliyindən belə bir tələb olarsa, zaman artırıla bilər.