Yerin nüvəsində qorxunc dəyişiklik - Elm adamı xəbərdarlıq etdi
    • 5-07-2022, 00:20
    • 424

Yerin nüvəsində qorxunc dəyişiklik - Elm adamı xəbərdarlıq etdi

Amerikalı geoloq İn Çonun apardığı araşdırmanın nəticələri “dünya üçün fəlakət xəbəri” kimi şərh edilir.
Yer kürəsinin mərkəzini araşdıran Ço nüvənin daxilindəki maddənin azaldığını üzə çıxarıb.

Amerikalı elm adamının kəşfində 20 il fərqlə baş verən iki zəlzələdən əldə edilən seysmik müşahidələr mühüm rol oynayıb. O, ilk növbədə iki zəlzələdən əldə edilən ölçmələri araşdırıb və onlar arasında önəmli fərqləri müəyyən edib. Bu fərqlər planetin xarici nüvəsində konveksiyada və ya metal axınında önəmli dəyişikliyin baş verməsi anlamına gəlirdi.

1997-ci ilin mayında Cənubi Sakit okeanın Kermadek adalarında güclü zəlzələ baş verib. 21 il sonra - 2018-ci ilin sentyabrında eyni ərazidə başqa bir zəlzələ qeydə alınıb. Zəlzələ eyni yerə dəydiyi üçün eyni sürətlə seysmik dalğalar göndərməli idi. Amma Ço gözlənilənin olmadığını gördü.

Real vaxt rejimində seysmik titrəyişləri qeydə alan 4 stansiyadan alınan məlumatlar seysmik dalğaların (SKS) 2018-ci il zəlzələsi zamanı təxminən bir saniyə daha sürətlə hərəkət etdiyini üzə çıxarıb. Bu o deməkdir ki, nüvənin daxilindəki maddə azalır. /Teleqraf.com/