Jurnalist Orxan Camalın qətlinin səbəbi məlum oldu
    • 1-08-2018, 11:30
    • 880

Jurnalist Orxan Camalın qətlinin səbəbi məlum oldu

Tanınmış azərbaycanlı jurnalist Heydər Camalın oğlu Orxan Camalın Mərkəzi Afrika Respublikasında, hərbi mərkəzlər barəsində sənədli film çəkilişi zamanı qətlə yetirilməsi barədə məlumat vermişdik.

Qətlin təfərruatları məlum olub. 

News24.az-ın əldə etdiyi xəbərə görə, dünən axşam saat 6 radələrində Sibuta şəhəri yaxınlığında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkoya ərəbcə danışan 10 nəfər naməlum şəxs hücum edib. Qətlin qarət səbəbi ilə törədildiyi ehtimal olunur. Jurnalistlərin cəsədləri Sibuta şəhərindən 33 kilometr şimalda, avtomobildə aşkar edilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürüb.

İlhamə