Qəbələdə 3 otaqlı ev yandı
    • 10-07-2022, 09:39
    • 284

Qəbələdə 3 otaqlı ev yandı

Qəbələ rayonunun Yemişanlı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı və çardağı 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.