“Tarqovu”da kanalizasiyada yanğın - VİDEO-YENİLƏNDİ
    • 12-07-2022, 00:21
    • 267

“Tarqovu”da kanalizasiyada yanğın - VİDEO-YENİLƏNDİ

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edilib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

23:33

Paytaxtın Nizami küçəsində partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik  məlum  deyil.
Həmin görüntüləri təqdim edirik: