Pərvin ilə Səmra "TikTok"da
    • 12-07-2022, 13:06
    • 689

Pərvin ilə Səmra "TikTok"da "Şir" üstündə DALAŞDILAR

Aktrisa Pərvin Abıyeva ilə "Miss Azerbaijan 2019" yarışmasının qalibi Səmra Hüseynova arasında "TikTok"da qalmaqal yaşanıb.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, tərəflərin sözügedən platformanı savaş meydanına çevirməsinə səbəb isə Pərvinlə fenomen Ləmanın yarışdığı canlı yayımda Səmranın aktrisaya deyil, digər tərəfə ən bahalı hədiyyələrdən sayılan "Şir" atması olub.  

Bundan hiddətlənən Pərvin canlı yayımda Səmraya zəng edərək, onu ağır ifadələrlə təhqir edib.

"Sən hər zaman xəyanətkar olmusan, belə də olacaqsan. Ağılsızam, ömür boyu buna güzəştə getmişəm. Bu qızdan bir dəfə özümə qarşı heç nə görməmişəm. Allahın it küçüyünü belə görməmişəm. Ömür boyu yazır ki, gəl mənə canlıda hədiyyə at. Amma qarşı tərəfə "Şir" atır".

Samrə Hüseyinova isə Pərvinin təhqirlərinə belə cavab verib:

"Pərvin acgözlüyündən oturur "TikTok"da. Dünən canlı yayımında ona "jeton" atdım ki, oyunda uduzmasın. Ayıbdır! Biz nə qədər çörək kəsmişik. Burada oyuna görə ağzına gələni mənə deyirsən".

Qeyd edək ki, bir müddət əvvəl P.Abıyeva ilə S.Hüseynova arasında küsülülük yaşanmışdı. İki illərin rəfiqəsi sonradan biraraya gələrək, barışdıqlarını bildirmişdilər.