-
- 28-07-2022, 16:27
- 361
Rusiya terrora sponsorluq edir - ABŞ Senatından qətnamə
ABŞ Senatı Dövlət Departamentini Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib.
News24.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri bildirib.
Qəzetin yazdığına görə, qətnamə iyulun 27-də keçirilən səsvermə zamanı yekdilliklə qəbul edilib.
Sənəddə senatorlar Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada “saysız-hesabsız günahsız kişi, uşaq və qadınların” ölümünə səbəb olan hərəkətlərə görə Rusiya Federasiyasını terrorçuluğun sponsoru kimi tanımağa çağırırlar.
Eyni qətnamə Konqresə də təqdim edilib. Sənədi Demokratlar Partiyasında böyük nüfuza malik olan Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dəstəkləyəcəyi gözlənilir. Lakin konqresmenlər Dövlət Departamentinin qərarı olmadan qətnamə qəbul edə bilməzlər.