60 illik kibrit qutuları yığan adamın otağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
    • 30-07-2022, 13:29
    • 907

60 illik kibrit qutuları yığan adamın otağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Türkiyənin Samsun şəhərində yaşayan Emin Karaaslanın kolleksiyası görənləri təəccübləndirir. Belə ki, o, 11 ildir öz otağında müxtəlif illərə məxsus kibrit qutuları yığır. 

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, E. Karaaslan əvvəlcə hotellərin kibrit qutularını yığaraq bu hobbiyə başlayıb.

Kolleksiyaçı daha sonra başqa ölkələrə və şəhərlərə aid kibrit qutularını yığıb. O, evinin bir otağını məhz bu hobbisinə həsr edib.

Kolleksiyada 3 min ədəd kibrit qutusu yer alır. E.Karaaslan Türkiyədə kibrit muzeyi açılanda bütün kibritlərini oraya hədiyyə etməyə hazır olduğunu bildirib.

O qeyd edib ki, kolleksiyada 60 il əvvələ aid kibrit qutuları var.

Vüsalə Babaşova