Azərbaycanda qadınların öldüyü dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ – VİDEO
    • 1-08-2022, 17:38
    • 482

Azərbaycanda qadınların öldüyü dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ – VİDEO

Bu gün Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

News24.az dəhşətli qəzanın baş verdiyi yerdən çəkilən görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə vaxtı "Hyundai Santa FE" markalı avtomobil magistral yolda idarəetməni itirərək aşıb. Nəticədə 1952-ci il təvəlludlü Anna Qladçenko Dmitriyevna və 1955-ci il təvəllüdlü Nüşabə Həsən qızı Sultanova ölüblər. 1951-ci il təvəllüdlü Vitaliy Qladçenko Vladimiroviç və paytaxt sakini 1974-cü il təvəllüdlü Səbinə Çingiz qızı Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər sərnişin, 2004-cü il təvəllüdlü Ayan Rövşən qızı Qasimova isə Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.