Cem Yılmaz yenidən məhkəməyə verildi  - 10 MİN DOLLAR...
    • 3-08-2022, 14:29
    • 365

Cem Yılmaz yenidən məhkəməyə verildi - 10 MİN DOLLAR...

Türkiyənin məşhur komediya ustası Cem Yılmazı keçmiş həyat yoldaşı yenidən məhkəməyə verib. 

News24.az ölkənin yerli mediasına istinadən xəbər verir ki, Ahu Yağtunun Cem Yılmazı məhkəməyə verməsinə səbəb alimentin tam ödənilməməsi olub. 

Cem Yılmaz oğluna səkkiz il ərzində 10 min dollar aliment ödəyib. Dolların kursunun artmasından sonra komediya ustası məhkəməyə müraciət edərək 70 min lirə aliment ödəməyə başlayıb. 

Ahu Yağtu Cemi məhkəməyə verərək ilk məhkəmədə təyin olunmuş alimentin - 10 min dolların ödənməsini tələb edib. Aktyordan isə cavab gecikməyib.

O, məhkəmənin qərarı ilə təyin olunmuş alimenti ödədiyini bildirib və başlanmış məhkəmə prosesinin ləğv edilməsini istəyib.

Vüsalə Babaşova