Məşhur reperdən atası ilə bağlı təsirli paylaşım - FOTO
    • 4-08-2022, 10:36
    • 516

Məşhur reperdən atası ilə bağlı təsirli paylaşım - FOTO

Məşhur reper Orxan Zeynallının (AiD) atası vəfat edib.

News24.az xəbər verir ki, bu barədə reper sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımı təqdim edirik:

“Prospektin yazılmamış bir nömrəli qanunu - “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, papa”.

Xatırladaq ki, Orxan Zeynallının atası tanınmış jurnalist Araz Zeynalovdur.

Allah rəhmət eləsin!

Vüsalə Babaşova