Avtomobildə oynayan uşaq istidən öldü
    • 6-08-2022, 10:28
    • 250

Avtomobildə oynayan uşaq istidən öldü

Dağıstanın Kizlyar rayonunda faciə baş verib.

News24.az xəbər verir ki, şimal qonşumuzun Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iki azyaşlı uşaq avtomobilin içində bir neçə saat oynadıqdan sonra onları isti vurub.

Uşaqlardan biri ölüb, digəri isə xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır