İran Ermənistanla birgə dron təlimləri keçirir
    • 16-08-2022, 10:44
    • 615

İran Ermənistanla birgə dron təlimləri keçirir

SEPAH-ın Aerokosmik Qüvvələri Kaşan aviabazasında Ermənistan, Rusiya və Belarusla birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.

News24.az "Fars News"ə istinadla xəbər verir ki, təlimlərdə Rusiya və Belarus da iştirak edib. İran rəsmisi Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşanda PUA təlimlərinin bu gündən "elektrikli və porşenli mühərriklər" sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.

Bundan əvvəl Amerika rəsmiləri bildirmişdilər ki, bir neçə həftə əvvəl İranda pilotsuz döyüş təyyarələrindən istifadə ilə bağlı Rusiya hərbçiləri üçün təlim keçirilib.

Daha öncə Amerika rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya Ukraynadakı müharibədə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə çalışır.