“Bəxt üzüyü”nün “Sevda”sı vəfat etdi
    • 16-08-2022, 23:19
    • 416

“Bəxt üzüyü”nün “Sevda”sı vəfat etdi

Azərbaycanın tanınmış aktrisası, "Bəxt üzüyü"nün Sevdası Firəngiz Rəhimbəyova vəfat etdi.

News24.az xəbər verir ki, bu barədə aktrisanın sənət dostları sosial şəbəkədə məlumat verib.

Bildiriliblər ki, o, infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərində yaşayırdı.  O, 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurmuşdu.

Allah rəhmət eləsin!