Türkiyə və İsrail RƏSMƏN BARIŞDI
    • 17-08-2022, 15:46
    • 1 929

Türkiyə və İsrail RƏSMƏN BARIŞDI

Türkiyə və İsrail arasında münasibətlərin tam normallaşması prosesinə başlanılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

XİN başçısı qeyd edib ki, hər iki ölkə yeni səfirlər təyin edəcək.

“Qarşılıqlı səfərlər nəticəsində proses davam edəcək. Qarşılıqlı olaraq səfirlər təyin ediləcək. İlk dəfə olaraq bu barədə İsrail tərəfindən bizə təklif olundu. Biz də bunu müsbət qiymətləndirdik. Təl-Əvivə səfir təyin etmək qərarına gəlmişik. Adları təqdim etdikdən sonra proses rəsmi olaraq başlayacaq. İsrail ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir", - deyə Çavuşoğlu vurğulayıb.