-
- 28-12-2018, 16:10
- 981
Ermənistanın Rusiyadan Naxçıvan MR-lə bağlı ŞOK TƏLƏBİ
Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları daimi xarakteri daşıyacaq və ola bilər ki, Gümrüdəki 102-ci Rusiya bazasının çıxarılmasının təşəbbüskarları yaxın vaxtlarda aksiya keçirəcəklər.
Ermənistan KİV-i xəbər verir ki, bu haqda Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan deyib. O qeyd edib ki, onlar yanvarın 12-də Gümrüyə yola düşmək niyyətindədir.
“Bu, xanım Cülyetta Kazaryanın qətlinin 40-cı günü olacaq və belə alındı ki, həmin gün Avetisyan ailəsinin üzvlərinin qətlinin altıncı ildönümüdür”, - Xzmalyan bildirib. Xzmalyan vurğulayıb ki, onların tələbləri konkretdir: “Rusiyadan iki tələbimiz var. Birincini noyabrın 29-da təqdim etdik və bunu etməyə davam edəcəyik. 1921-ci il Rusiya-Türkiyə müqaviləsinin ləğvi bizim siyasi prinsiplərimizdən biridir. İkincisi isə, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasıdır”. Qeyd edək ki, bu, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsi ilə bağlı ilk tələb deyil. Hələ 2016-cı ilin əvvəlində Rusiya Kommunist Partiyasından olan deputatlar Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova bu barədə müraciət etmişdilər. Bu müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin ləğvi Qars müqaviləsinin də ləğvi deməkdir. Buna çalışan ermənilər Naxçıvana iddia etmək üçün özləri üçün əsas yaratmaq istəyir.
//PublikaAz