Azərbaycan XİN Qazaxıstanı təbrik etdi
    • 30-08-2022, 15:04
    • 367

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.

News24.az xəbər verir ki, bu barədə xarici əlaqələr idarəsinin tviter səhifəsində paylaşım edilib:

“Bu gün Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Qazaxıstan Respublikasının hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.