Mədəniyyət İdarəsi Ruhi Əliyevanı təltif etdi
    • 9-09-2022, 18:00
    • 1 013

Mədəniyyət İdarəsi Ruhi Əliyevanı təltif etdi

İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Fəxri Fərmanla təltif olunub.

News24.az-ın xəbərinə görə, iş xanımı mədəni tədbirlərinin təşkilindəki fəal iştirakına görə bu mükafata layiq görülüb.
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təsis etdiyi Fəxri Fərmanı iş xanımına qurumun rəisi İbrahim Əliyev təqdim edib.

Ruhi Əliyeva da öz növbəsində əməyinə verilən dəyərə görə  idarə rəisinə sosial şəbəkədə təşəkkürünü bildirib: “ İctimai fəaliyyətimdə sosial layihələrlə yanaşı mədəni tədbirlərdə, humanitar aksiyalarda mümkün qədər iştirak etməyə çalışıram. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu baxımdan mədəniyyətimizin, musiqimizin təbliğinə az da olsa qatqısı olmaq böyük şərəfdir. Bu yöndə göstərilən səylərin, təşəbbüslərin dəyərləndirilməsi isə insanı ikiqat xoşbəxt edir”.