Bankdan kredit götürmək istəyənlərin DİQQƏTİNƏ
    • 10-09-2022, 11:33
    • 346

Bankdan kredit götürmək istəyənlərin DİQQƏTİNƏ

Bu ilin yanvar-avqust ayları ərzində sahibkarların 1732 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit mexanizmi çərçivəsində 72,1 mln. manat güzəştli kredit verilib".

News24.az "APA-Economics"ə istinadla bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə layihələrin sayı 2,5%, kreditləşmənin həcmi isə 49% artıb.

Qeyd edək ki, 2021-ci ilin ilk səkkiz aylarında 945 layihənin maliyyələşdirilməsinə 48,4 mln. manat kredit vəsait ayrılıb.

Bu il verilən kreditlər hesabına 1690 yeni iş yerinin yaradılması nəzərdə tutulur.