Baş Prokurorluq Elçin Sadıqov ilə bağlı iddialara MÜNASİBƏT BİLDİRDİ
    • 13-09-2022, 15:56
    • 188

Baş Prokurorluq Elçin Sadıqov ilə bağlı iddialara MÜNASİBƏT BİLDİRDİ

Bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

News24.az xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova,Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilmişdir.