-
- 19-07-2019, 21:41
- 946
Ailəsi ilə dalaşıb damarlarını kəsdi -vəziyyəti ağırdır
Qazaxda ailə münaqişəsi ağır sonluqla nəticələnib.
News24.az xəbər verir ki, Xanlıqlar kənd sakini 1984-cü il təvəllüdlü Əziz Ocaqverdiyev damarlarını kəsib.
Yaralı ağır vəziyyətdə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə 35 yaşlı şəxsin həyatını xilas etmək mümkün olsa da, vəziyyəti ağır olaraq qalır.
İlkin məlumatlara görə, hadisəyə səbəb Əziz Ocaqverdiyevin ailəsində yaşanan mübahisə olub.
Bu vaxt əsəblərinə hakim ola bilməyən şəxs bıçaqla damarlarını kəsib.
Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.