17 evdən su sayğacı oğurlayan şəxs saxlanıldı
    • 28-09-2022, 10:50
    • 186

17 evdən su sayğacı oğurlayan şəxs saxlanıldı

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rauf Hümbətov saxlanılıb.

News24.az-a verilən məlumata görə, araşdırma aparılır.