Bakıda dəhşətli hadisədə ölən Elminin FOTOSU
    • 30-09-2022, 10:48
    • 195

Bakıda dəhşətli hadisədə ölən Elminin FOTOSU

Sentyabrın 25-də Bakı şəhər Xətai rayonu 8 Noyabr prospektində dəhşətli hadisə baş verib.

News24.az-ın məlumatına görə, tikintidə çalışan Babazadə Elmin Əsgəralı oğlu Hərbi Qənimətlər Parkının yaxınlığında binadan yıxılaraq dünyasını dəyişib.

Bildirilir ki, hadisə vaxtı onun təhlükəsizliyi təmin edilməyib.

Qeyd edək ki, E.Babazadə daim qan xərçəngindən əziyyət çəkən uşaqlara kömək edib və sosial aksiyalarda aktiv iştirak edib.

Hadisə ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.