-
- 30-09-2022, 18:28
- 523
Azərbaycanda xınayaxdıda dəhşətli olay – Bəyin atası öldü, anası isə...
Bu il fevralın 25-də Goranboy rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi keçirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində Goranboyun Alpout kənd sakini, 1993-cü il təvəllüdlü Vamiq Məmmədov Cinayət Məcəlləsinin 185.2.4 (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə) və 263-1.3-cü (Sürücülük hüququ olmayan şəxsin ölümlə nəticələnən qəza törətməsi) maddələri ilə təqsirləndirilib.
Məhkəmə prosesində bildirilib ki, hadisə baş verən gün qəzanı törədən Vamiqin nişanlısının xınayaxdı mərasimi keçirilirmiş. Hadisədən əvvəl Vamiqin atası, anası və bibisi məclisin keçiriləcəyi yerə getmək üçün onun dostu ilə yola çıxıblar. Lakin Dəliməmmədli qəsəbəsində onları gətirən avtomobildə nasazlıq yaranıb.
Valideynlərinin yolda qaldığını öyrənən Vamiq onları gətirmək üçün Xasay adlı dostuna məxsus “BMW” markalı maşını icazəsiz sürərək yola çıxıb.
O, Dəliməmmədliyə gedərək atası, anası və bibisini maşının arxa oturacağına əyləşdirib. Sürücünün yanındakı ön oturacağa isə nişanlısı üçün aldığı gül buketini qoyub. Təxminən 2 kilometr yol qət etdikdən sonra Vamiqin idarə etdiyi avtomobil qarşıdan gələn “Vaz” markalı maşınla toqquşub.
Nəticədə avtomobildə olan sərnişinlərdən - Vamiqin atası vəfat edib, anası isə ağır xəsarətlər alıb. Həmçinin digər avtomobildə olan 2 nəfər (ata və oğlu) da xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Məhkəmədə zərərçəkən tərəf olan “BMW”nin sahibi, həmçinin Vamiqin anası ondan şikayətçi olmadıqlarını bildiriblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vamiqə 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə şərti cəza təyin edilib.