Millət vəkili ərinin ölümündən danışdı: "Sağlamlığı ilə bağlı şikayəti yox idi..."
    • 5-10-2022, 12:02
    • 329

Millət vəkili ərinin ölümündən danışdı: "Sağlamlığı ilə bağlı şikayəti yox idi..."

Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş.

News24.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Jalə Əhmədova həyat yoldaşının vəfatı haqda danışarkən deyib.

O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib:

“Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”.