Ağcabədidə 2 avtomobil toqquşub - FOTO
    • 8-10-2022, 21:24
    • 218

Ağcabədidə 2 avtomobil toqquşub - FOTO

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun H.Əliyev prospektində baş verib. Hərəkətdə olan "VAZ-2107” markalı 07 BJ 561 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn "KİA" markalı 90 KM 290 nömrəli avtomobillə toqquşub.

Faktla bağlı araşdırma başlanıb. /APA/