Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş
    • 10-10-2022, 10:01
    • 489

Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş

Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ömrünün 82-ci ilində vəfat edib.

News24.az-ın məlumatına görə, o, qızı Canana Paşa Süleymaninin yanında, Honq-Konqda vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov özünün instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.