Tarixə yazılan 15 məşhur öpüş – SİYAHI
    • 8-01-2019, 13:06
    • 4 418

Tarixə yazılan 15 məşhur öpüş – SİYAHI

Öpüşün növlərini saymaqla bitirmək olmaz.

Öpüş soyuq, ehtiraslı, zərif, romantik, fransızsayağı və s. ola bilər.

News24.az olaraq öpüşmə kadrları ilə tarixə iz qoyan 15 fotonu təqdim edirik:

1.Keyt Midelton və şahzadə Uilyamın öpüşü dünya üzrə sensasiya yaratmışdı.

2.Rett Batler və  Skarlet Oharanın “Küləklə sovrulanlar” filmində ehtiraslı öpüşü kinemotoqrafiyanın “Ən parlaq öpüş”üdür.

3.Yəqin ki, hər kəs Leonid Brejnevin iki dəfə yanaqdan, və bir dəfə dodaqdan öpməsini xatırlayır.

4.“İşdə məhəbbət macərası” filmində Kaluqina və Novoselçevin öpüşü... Razılaşmaq lazımdır ki, sovet dövründə istehsal olunan ekran işlərində belə kadrlara çox nadir hallarda rast gəlmək olurdu.

5.Leonardo Di Kaprio və Keyt Uinsletin “Titanik”dəki öpüşü çox qızların ürəyinin sürətlə döyünməsinə səbəb olub.

6.“Harri Potter” filmində Ron Uizli və Hermionanın öpüşü çoxları tərəfindən səbirsizliklə gözlənilirdi.

7.2003-cü ildə pop kraliça Madonna və dünyaca məşhur müğənni Britni Spirs “MTV VMA” mükafatlandırma gecəsinin canlı yayımında öpüşüb.

8.Hit Lecer və  Ceyk Cillenholun “Qozbel dağ” filmindəki öpüşü izləyiciləri qəzəbləndirib.

9. “Çirkin rəqs”dəki öpüşü isə romantika adlandırmaq olar.


10.Rəssam Qustavo Klimatın “Öpüş” əsəri onun çəkdiyi ən məşhur işidir.

11.“Yaddaş gündəliyi” ekran işində uzun ayrılıqdan sonra qovuşan sevgililərin öpüşü.

12.“Bələdiyyə binasının qarşısında öpüş” fotoqraf Rober Duanonun ən məşhur şəklidir.

13.“Kanada öpüşü” adlı şəkil tarixə “Vankuver Kenaks”ın yarışı uduzmasından sonra şəhərdə baş verən çaxnaşma zamanı çəkilib.

14.İtlərdən bəhs edən məşhur cizgi filmində “Leydi” və “Avara”nın restorandakı öpüşü.

15.“Hörümçək adam” filmindəki başı aşağı öpüş səhnəsi bəlkə də ekran işindən daha məşhurdur.
Teymur MƏMMƏDOV