Ziyarətçilər türbəni yandırdılar
    • 18-10-2022, 14:22
    • 162

Ziyarətçilər türbəni yandırdılar

Türkiyədə ziyarətgahda yanğın hadisəsi baş verib.

News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Balıkesir vilayətində yerləşən "Sarıkız" türbəsində baş verib.

Belə ki, məzarın ətrafına şam yandıranlar onu söndürməyi unudub. Şamların aşması məzarın ətrafındakı əsgilərin yanmağına səbəb olub.

Məzardan tüstü çıxdığını görən ziyarətçilər alovu söndürüblər.