"Uşağımı tualetə aparıb, iynə ilə barmağını deşib, QANINI ÇIXARDI
    • 20-10-2022, 12:11
    • 1 349

"Uşağımı tualetə aparıb, iynə ilə barmağını deşib, QANINI ÇIXARDI"-DƏHŞƏTLİ İDDİA - VİDEO

Abşeronda məktəblilərin müəllimləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı iddialar səsləndirilib.

İddiaya görə, Abşeron rayonu, “Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin Zəhra adlı müəllimi  3-cü sinfində təhsil alan 2 şagirdə işgəncə verib. 

Şagirdlər bildirib ki, müəllim onların əllərini bağlayıb, zorla iynə vurub, dərman içirib. Valideynlərinə bu haqda danışmasın deyə onları bıçaqla hədələyib. 

Deyilənlərlə bağlı News24.az iddianı səsləndirən valideynlər və azyaşlılarla həmsöhbət olub. 



Onlar saytımıza açıqlamalarında təhsil aldıqları məktəbdə Zəhra adlı müəllimənin şagirdlərə müxtəlif həblər verdiyini, gözlərinə dərman tökdüyünü, onlardan qan aldığını bildiriblər. Bununla bağlı məktəbin direktoruna məlumat verdikdə isə o, bunun təxribat olduğunu deyib və valideynləri təhqir edib.

Valideynlər qeyd edir ki, övladları məktəbəqədər hazırlıq dövründən həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olublar. İddia etdikləri hadisə isə bu tədris ilindən başlayıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev News24.az-ın sorğusuna cavab olaraq bildirdi ki, iddia ilə bağlı araşdırma aparılır və bu haqda məlumat veriləcək.

Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğuya isə cavab ala bilmədik.

Süjeti təqdim edirik: