Bakıda gəlinin bakirə çıxmasına görə fişəng atəşfəşanlığı - Qonşular etiraza qalxdı
    • 22-10-2022, 11:50
    • 297

Bakıda gəlinin bakirə çıxmasına görə fişəng atəşfəşanlığı - Qonşular etiraza qalxdı

Bakıda qəribə hadisə yaşanıb.

News24.az "sfera.az"-a istinadla xəbər verir ki, bu gecə saat 00:15-00:20 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığındakə məhəllələrin birində atəşfəşanlıq olub. 

Bu barədə tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba məlumat yayıb. Onun sözlərinə görə, eyvanların birindən ardıcıl fişənglər atılıb, qonşular isə səs-küydən narahat olaraq qapını döyüb, mübahisə ediblər.

Maraqlı məqam ondan ibarətdir ki, ev sahibinin “toy gecəsi”nə görə bu addımı atdığı bəlli olub. V.Baba fikirlərini bu cür davam etdirib: “Sən demə, gəlin bakirə çıxdığı üçün onu qeyd edirlərmiş.  Qonşular "Bu nə biabırçılıqdır?!" "Utanmazlar!", "Əxlaqsızlar!" kimi ifadələr işlədib, bir qədər mübahisə edərək dağılışıblar”.


V.Baba həmçinin bəzi bölgələrdəki bu adətlə bağlı "Nərimanfilm"in çəkdiyi, Elmin Badalovun baş rolunu oynadığı "İkinci güllə"  filmini də xatırladıb.