-
- 24-10-2022, 14:43
- 372
Evə basqın etdilər, amma heç nə aparmadılar - Bakıda qəribə cinayət
Bakıda kuryer cildində iş adamının evinə basqın edən şəxslər məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakinləri: 1985-ci il təvəllüdlü Şahmar Abdullayev və 1998-ci il təvəllüdlü Pərviz Qədirov Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci (quldurluq – bir qrup şəxs tərəfindən evə qanusuz daxil olmaqla və silah qismində əşya tətbiq etməklə) maddələri ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şahmar Xətai rayonu Neapol küçəsində yerləşən binada yaşayan iş adamı, paytaxtda kafe və restoranlar işlədən V.Cümşüdovun mənzilinin yerini öyrənib. O, evə basqını tək edə bilməyəcəyini görərək Şəkidən tanıdığı Pərvizi də bu işə cəlb edib. Onlar birlikdə motosikletçi geyimi və sair əldə edərək mənzilə gəliblər. Əvvəlcədən qurulmuş plan üzrə Pərviz qapını döyüb və iş adamının həyat yoldaşına kuryer olduğunu, onun əri üçün bağlama gətirdiklərini bildirib. Qadını inandıraraq qapını açdıran şəxslər dərhal basqın edərək onun üzünə dezodorant püskürdüblər və ağızını tutaraq evi axtarmağa başlayıblar. Onlar mənzildən içində 10 manat olan pulqabı və seyfdən xeyli qızıl aşkar ediblər. lakin qadının yalvarışından sonra həmin şəxslər evdən heç nə götürməyərək çıxıb gediblər. Gedərkən Şahmar və Pərviz qadından polisə məlumat verməməsini xahiş ediblər və onlara həmin evi nişan verən şəxsin kimliyini deyəcəklərini bildiriblər. Baş verənlərdən bərk qorxan qadın onlarla razılaşıb və polisə məlumat verməyəcəyini bildirib.
Bir qədər sonra iş adamının həyat yoldaşı baş vermiş hadisə barədə ərinə bildirib və daha sonra faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Məhkəmədə iş adamının həyat yoldaşı R.Cümşüdova deyib: “Qeyd edilən ünvanda oğlum və həyat yoldaşımla yaşayıram. Yoldaşım restoran işlətdiyi üçün hər gün səhər saatlarında evdən çıxıb işə gedir və axşam saat 10-11 radələrində evə qayıdır.
11 aprel 2022-ci il tarixdə saat təxminən axşam 7-də evdə tək olduğum zaman qapının döyüldüyünü eşitdim. Qapının gözlüyündən baxdıqda üzündə qara rəngli tibbi maska, əlində də qutu olan şəxsi gördüm. Həmin şəxsdən kim olduğunu və nə ilə əlaqədar gəldiyini soruşanda, yoldaşıma çatmalı bağlama gətirdiyini dedi. Ona inanmadığım üçün qapını açmadım, bir qədər sonra getdiklərini düşünüb qapının ağzındakı ayaqaltını yumaq üçün qapını açdım. Qapını açan kimi birdən kimsə boynumdan tutdu, əli ilə ağzımı bağladı, sonra da gözümə nəsə püskürtdü. Daha sonra məni evin içinə tərəf dartdı. Həmin an ayağım büdrədiyi üçün yıxıldım. Onlara "Nə istəyirsiniz, aparın, mənə heç nə etməyin, şəkər xəstəsiyəm, övladım da xəstədir" dedim və bildirdim ki, çıxıb getsələr polisə şikayət etməyəcəm. Onlar da mənə qulaq asaraq heç nə götürmədən getdilər. Evdə nağd pul yox idi, ona görə də pul tapmadılar. Ancaq seyfdə 3000-4000 manat məbləğində dəyəri olan qızıl-zinət əşyaları vardı. Həmin qızıl zinət əşyalarını tapıb əvvəlcə götürüb getmək istədilər, lakin sonra fikirlərinidən vaz keçdilər. Mənə heç bir xəsarət yetirmədilər, heç bir təzyiq göstərmədilər. Evdən çıxarkən bildirdilər ki, əgər onlar barədə polisə şikayət etməsəm, evi onlara göstərən və külli miqdarda pul olması barədə məlumat verən şəxsin ad, soyad və ünvanını deyəcəklər. Mənzildən pul və ya hər hansı əşya ələ keçirilməyib, hər hansı məbləğdə ziyan dəyməyib. Hadisədən sonra 4 ay mənəvi sıxıntı keçirmişəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses artıq yekunlaşıb. Ş.Abdullayevə 9 il, P.Qədirova isə 8 il 6 ay müddətinə həbs cəzası verilib.