Samuxda zavoddan 12 min manatlıq oğurluq edildi
    • 25-10-2022, 10:52
    • 149

Samuxda zavoddan 12 min manatlıq oğurluq edildi

Samuxda zavoddan oğurluq edilib.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Samux Rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.