FHN Yasamalda suyun çəkilməsi işlərinə cəlb olundu - Video
    • 26-10-2022, 10:34
    • 157

FHN Yasamalda suyun çəkilməsi işlərinə cəlb olundu - Video

Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-inn müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.