Prezident büdcədən 7 milyon manat ayırdı
    • 28-10-2022, 14:48
    • 173

Prezident büdcədən 7 milyon manat ayırdı

Bakı şəhəri Suraxanı rayonunun 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.