-
- 29-10-2022, 17:52
- 334
Bakı-Ələt yolunda avtobus aşıb: 23 nəfər xəsarət alıb - YENİLƏNDİ
Bakı-Ələt yolunda baş verən qəzada 23 nəfər xəsarət alıb.
Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib. Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.
***
Bakı-Ələt yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.
KTM-dən News24.az-a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir: "Yaralılarla bağlı əlavə məlumatlar veriləcək".
***
Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.