Tarixi qələbənin 2 ili tamam oldu - FOTO
    • 5-11-2022, 11:03
    • 197

Tarixi qələbənin 2 ili tamam oldu - FOTO

2022-ci il noyabr ayının 4-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə Vətən müharibəsində erməni millətçilərinə qarşı savaşda tarixi qələbənin qazanılmasının ikinci ildönümünə həsr olunmuş “İgidlərin var olduqca, Sən də varsan Azərbaycan!” adlı tədbir  keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə 44 günlük “Dəmir Yumruq” əməliyyatında – Azərbaycanın Vətən Müharibəsində şanlı tariximizin parlaq səhifəsi olan ZƏFƏRİN qazanılmasında xidmətləri olmuş Qarabağ ordenli, Şuşa fatehi, xüsusi təyinatlı polkovnik-leytenant Şəmşir Həziyevin, Vətən Müharibəsi Qəhrəmanı, Şuşa fatehi, mayor Saleh Həsənovun, Vətən müharibəsi qazısı, baş leytenant Ehram Rəşidovun, I və II Vətən Müharibəsi veteranı, “Qırmızı ulduz” ordenli, polkovnik Əzizağa Qəni-zadənin Mərkəzin dərnək üzvlərinin şagird və müəllim heyəti ilə görüşü təşkil olunub.

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Vətən müharibəsi qazilərinin məruzə və çıxışları dinlənilmiş, tarixi günə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbir zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Dərnək üzvlərindən Minayə Abbasova, Muhamməd Əsədov, Səid Zamanlı polkovnik Ə.Qəni-zadədən, polkovnik-leytenant Ş.Həziyevdən və baş leytenant E.Rəşidovdan ayrı-ayrılıqda müsahibələr götürüb.

Tədbirin bədii hissəsi 153 saylı orta məktəbin şagirdlərinin səsləndirdikləri vətənpərvərlik serləri ilə davam etdirilib. Tədbirdə Azərbaycan ordusunun Həzi Aslanov adına İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sonlandırılıb.